Nida Xəbər
Ramiz Mehdiyev: “Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib”
“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.
Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində bildirilir.
Müəllif qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib.
“Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir”, - deyə məqalədə vurğulanıb. (apa)
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi