Nida Xəbər
Heydər Camalın son müsahibəsi: “Erməni müdir məni universitetdən qovdurdu” - - VİDEO
Rusiya İslam Komitəsinin sədri, məşhur azərbaycanlı
politoloq Heydər Camal dünən 70 yaşında vəfat edib.
Publika.az H.Camalın Rusiya mediasına son müsahibəsində
dediyi fikirləri təqdim edir.
H.Camal yatakdumayu.ru saytına sonuncu müsahibəsində öz həyatından,
uşaqlıq illərindən danışıb.
“Mən nomenklatura ailədə doğulmuşam. Atamla anam tez boşandılar.
Ana babamın himayəsində böyümüşəm. O, yaxşı insan idi, amma çox
sərt idi. Anam da çox sərt insan idi. Nənəmlə yaşayırdım. Birinci
sinfə gedəndə o öldü. Bioqrafiyam haqqında yazılanlarda göstərilir
ki, nənəm məni himayə edib. Bu, tam olaraq doğru deyil. Çünki mənim
cəmi yeddi yaşım olanda o öldü. O, yalnız məni birinci sinfə
aparmağa macal tapdı. Lakin ondan mənə kitabxana qalmışdı və bu,
mənim yeganə mühitim idi. 1954-cü ildə məktəbə getmişəm, hansı ki,
həmin vaxt Stalin ölmüşdü və SSRİ-də qarışıqlıq yaranmışdı”, - deyə
o bildirib.
H.Camal siyasətlə hələ 10 yaşından maraqlandığını deyib: “12
yaşımda isə fəlsəfəyə meyl etdim. Lap əvvəldən anti-sovet
mövqeyində idim. Buna görə də öz düşmənlərimin dünyagörüşü ilə
tanış olmaq qərarına gəldim. Buna görə də yeddinci sinifdə olarkən
marksizmi öyrənməyə başladım. Həmin vaxt “Kapital” əsərini oxudum.
Məktəbdən evə gəlir və diqqətlə oxuyurdum. Maraq dairəm də müxtəlif
idi, həmçinin, xarici dillərlə maraqlanırdım”.
O, tələbəlik illərdindən və universitetdən qovulmasından da
danışıb.
“Universitetə heç bir himayə olmadan asanlıqla qəbul olundum. Lakin
dekanın da diqqətini çəkmişdim. Çünki mənim şərqli sifətim var idi.
Bığlar, dalğalı saçlar və ərəb adı. Məni “Şərq dilləri
institutunun” ərəb bölməsinə qəbul etdilər. İndi o, Asiya və Afrika
ölkələri İnstitutu adlanır. Lakin universitetdə uzun müddət oxuya
bilmədim. Mənim ərəb dili kafedrasının müdiri Qraçiya Mikayel ilə
münaqişəm yarandı. Mən türk idim, o isə erməni. Komsomol işində
iştirak etmir, tədbirlərə getmirdim. Nəticədə, məni qovdular və
əsgərliyə getdim. Orduda komsomol andı içməkdən imtina etdim. Artıq
məni belə qəbul edirdilər”, - deyə o bildirib.
Qeyd edək ki, H.Camal 1947-ci il 6 noyabrda anadan olub. Onun atası
rəssam Cahid Camal, anası isə peşəkar atçı İrina Şapovaladır. Əslən
şuşalı olan H.Camal ata tərəfdən Qarabağın məşhur Sarıcalılar, ana
tərəfdən isə general Şepelevin nəslindəndir.
Asif
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”