Nida Xəbər
Türkiyədə Xocalı soyqırımı elmi təsdiqini tapdı
Türkiyəli gənc tədqiqatçı Dərya Yıldız Özkaraman “Xocalı soyqırımı” mövzusunda elmi işini uğurla müdafiə edib.
Publika.az xəbər verir ki, tədqiqatçının Türkiyə Hərbi Akademiyasının Strateji Araşdırmalar İnstitutunda müdafiə etdiyi elmi iş kitab şəklində də nəşr olunub. D.Özkaramanın elmi rəhbəri və 265 səhifədən ibarət kitabın redaktoru Azərbaycan əsilli professor Aygün Əttardır.
Xocalıda baş verənləri “bir türk soyqırımı, bir erməni vəhşiliyi, bir axmayan göz yaşı” kimi səciyyələndirən tədqiqatçı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb, məqsəd və nəticələri barədə ən yeni materialları tədqiqata yönəldib. Xocalı faciəsinin bəşəri cinayət və soyqırımı aktı olduğunu hüquqi cəhətdən əsaslandırıb. Soyqırımı aktlarının qadağan olunması barədə beynəlxalq təşkilatların qərar və qətnamələrini, münaqişələr zamanı dinc əhalinin toxunulmazlığını və digər məqamları ətraflı təhlil edib.
Elmi işin və nəşrin əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən professor A.Əttar diqqətə çatdırıb ki, “Xocalı soyqırımı” mövzusunda elmi işin Türkiyədə müdafiə olunması və kitab halında nəşri bu ölkənin elmi ictimaiyyətinin Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsinin hüquqi baxımdan daha bir təsdiqidir. Türkiyə Hərbi Akademiyası dünya şöhrətli elm ocağı olaraq erməni vandalların Xocalıda törətdikləri qanlı hadisənin soyqırımı aktı kimi qəbul etməklə öz qərarını ortaya qoyub.
Qeyd edək ki, Aygün Əttar Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında daima Türkiyədəki televiziya proqramlarında çıxış edir. Ayrıca keçən il aprel ayında İsveç parlamentində bu məsələlər haqqında elmi çıxışı olub.
Tuncelidə Asala terror təşkilatı, o cümlədən azərbaycanlılara adı yaxşı bəlli olan məşhur terrorçu Monte Melkumyanın da adının həkk olunduğu abidə barədə məlumatların Türkiyə rəhbərliyinə çatdırılması və bu abidənin məhv edilməsində də A.Əttor xüsusi fəallıq göstərib.
Bütün bu fəaliyətləri səbəbi ilə bu il Azərbaycan prezidenti tərəfindən Vətənə Xidmət ordeni ilə təltif edilib.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO