Nida Xəbər
DGK sədri Biləsuvar və Astara gömrük idarələrində oldu
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranla dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində mövcud vəziyyətlə tanış olub.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslər, o cümlədən yük avtomobillərinin sürücüləri ilə söhbətlər edilib, onları narahat edən məsələlər öyrənilib.
Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqələrinin şəraiti, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.
A.Əliyevin rəhbərliyi ilə Biləsuvar və Astara gömrük idarələrində xidməti müşavirə keçirilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri