Nida Xəbər
SOCAR-dan “Neft Daşları"ndakı təhlükə ilə bağlı AÇIQLAMA

"Bəzi elektron kütləvi informasiya vasitələrində “Neft Daşları"nda çalışan işçilərin daşınması ilə bağlı yanlış məlumatlar yayımlanmaqdadır. Həmin KİV tərəfindən işçilərimizin həyatının təhlükədə olması iddiası tam əsassızdır və yanlış məlumat yaymaqla əhalini, xüsusilə işçilərin ailə üzvlərini təşvişə salmaq cəhdi kimi qiymətləndirilməlidir".
Publika.az xəbər verir ki, bu açıqlama SOCAR-dan verilib.
Məlumatda bildirilib ki, “Neft Daşları"nda vəziyyət tam sabitdir, işçilərin həyatı üçün heç bir təhlükə olmayıb: "Əksinə, tufanlı havada gəmilərin yan alması üçün təhlükə olmasın deyə təhlükəsizlik qaydaları əsasında buna müvəqqəti məhdudiyyət qoyulur. İşçilərin gəmilərə minməsi üçün uyğun hava şəraiti bərpa olunan kimi gəmi körpüyə yan alır. Gəmilərin neft özüllərinə yan alması ilə bağlı qoyulan bu məhdudiyyət bütün neftçilərə məlum olan adi prosedurdur, hansı ki, işçilərin təhlükəsizliyinin təmin olunması üçün zəruridir".
"SOCAR olaraq, həmkarlarımızı ən mühüm sərmayə və ən yüksək dəyər kimi daim nəzərdə tutur, hazırda onların təhlükəsizliyinin daha da gücləndirilməsi üçün kompleks tədbirlər planı həyata keçiririk. İşçilərimizin təhlükəsizliyinin mümkün olan ən yüksək səviyyədə təmin olunması şərti ilə onların iş şəraitinin daha da rahat və səmərəli təşkil olunması üçün son illərdə görülən tədbirlər gələcəkdə də davam etdiriləcək", - məlumatda qeyd edilib. (Report)

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?