Siyavuş Novruzov: “Bu, “Leyli və Məcnun” dastanı deyil ki, götürüb yazasan”
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: “Bu, “Leyli və Məcnun” dastanı deyil ki, götürüb yazasan”

Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz”.

“İstənilən hərbi nizamnamə, hərbi doktrina və ümumiyyətlə hərblə bağlı sənədlərin xüsusi dili və terminologiyası var. Bu, “Leyli və Məcnun” dastanı deyil ki, götürüb yazasan. Yaxud da Füzilinin qəzəli deyil ki, götürüb oxuyasan!”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin komitə sədri, YAP-ın icra katibinin müavini deputat Siyavuş Novruzov “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Novruzov deyib ki, qanuna əsasən hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil:

“Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət oradakı hərbi vəziyyəti aparsın, yoxsa gəlib bunlarla məşğul olsun? O cümlədən, qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Məsələ daha genişdir. Çünki həmin vaxt yayılan məlumatlar respublika əhəmiyyətli məlumatlar olur və respublikanın əsas mətbuat orqanlarında, eləcə də internet saytlarında gedir. Bu baxımdan məsələ ciddi şəkildə ortaya qoyulmalıdır. Hərbi vəziyyət adi qayda deyil ki, partiyalar arasında olan hər hansı narazılıqlar və ya qanun pozuntusuna görə məhkəməyə verib onun fəalıiyyətinin dayandırılması haqqında qərar qəbul edilsin. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Biz ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq”.

S.Novruzov qeyd edib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir:

“Yəni, sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa texnika yerləşdirilə bilməz. Düzdü, Azərbaycan prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan qabaq qonşu dövlət bizim ərazinin 70 kilometrliyinə texnikasını yığmışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hanısa əsaslara uyğun şəkildə yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki, texnikalar anti-terror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir anti-terror əməliyyatına belə texnika ilə gedilmir. İkinci dünya müharibəsində Sovet ordusu öz təchizatını sərhədə yığıdığına görə, müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız buna mane olan partiyaların fəaliyyətinin dayandırılmasının öz əksini tapdığını bildirib:

“Qalan hallarda partiya öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm