Deputat: “Aztəminatlı əhalinin problemləri Prezidentin hər zaman diqqətindədir”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Aztəminatlı əhalinin problemləri Prezidentin hər zaman diqqətindədir”

Mən məcburi köçkün kimi bütün bu insanların adından cənab Prezidentimizə təşəkkür edirəm.

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzaladığı son fərmana münasibət bildirib.

E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, sözügedən fərman Prezident İlham Əliyevin bütün azərbaycanlıların dövləti başçısı olduğunu bir daha sübut edir:

“Cənab Prezident bu fərmanı imzalamaqla 2003-cü ildə dövlət başçısı seçilən zaman verdiyi vədləri bir daha yerinə yetirmiş oldu. Həmin vaxtı cənab İlham Əliyev andiçmə mərasimində demişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Doğrudan da, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edir”.

Deputat qeyd edib ki, son vaxtlar məcburi köçkünlər arasında müəyyən gərginlik və narahatlıq yaranmışdı:

“Ancaq cənab Prezident bu problemi diqqətlə araşdırandan sonra sözügedən fərmanı imzaladı. Ümumiyyətlə, aztəminatlı əhalinin problemləri cənab Prezidentin hər zaman diqqətindədir. Bu fərmanla da cənab Prezident yaranmış olan gərginliyi aradan qaldırdı. Son fərman da aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Mən məcburi köçkün kimi bütün bu insanların adından cənab Prezidentimizə təşəkkür edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm