Nida Xəbər
Nazir: Böyük Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.
Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərinin nəzərinə çatdırıb.
Elmar Məmmədyarov konfrans çərçivəsində Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkanla da görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olundu, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdi. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri miqyasli enerji layihələri - Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri haqqında danışdı, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib.
Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq