• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Siyavuş Novruzov: “Mehriban Əliyeva dünyada böyük nüfuz qazanan ictimai-siyasi xadimdir”

Siyavuş Novruzov: “Mehriban Əliyeva dünyada böyük nüfuz qazanan ictimai-siyasi xadimdir”

“Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi çox böyük əhəmiyyətə malikdir”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib.

O deyib ki, Mehriban Əliyeva dünyada kifayət qədər tanınan və böyük nüfuz qazanan ictimai-siyasi xadimdir:

“Mehriban xanım hər zaman dünyada Azərbaycanın dövlət və milli maraqlarını, mədəniyyətini, tarixini yüksək səviyyədə təmsil edib. Mehriban xanımın sayəsində Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ və Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünyada tanınması ilə bağlı misilsiz işlər görülüb. Bundan əlavə, Mehriban xanım Əliyeva Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərin təşkilat komitəsinə rəhbərlik edib. Bunun nəticəsində də “Avroviziya”, “Bakı 2015” Avropa Oyunları və digər bu kimi beynəlxalq tədbirlər çox yüksək səviyyədə baş tutub. Hər kəs əmindir ki, Mehriban xanım Əliyevanın gördüyü işlər nəticəsində bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlər də çox uğurla təşkil olunacaq”.

S.Novruzov qeyd edib ki, dünyada və Azərbaycanda multikultarlizmin, mədəniyyətlərarası və dinlərarası dilaoqun təbliğində Mehriban Əliyevanın əvəzsiz xidmətləri və fəaliyyətləri mövcuddur:

“Bu sahələrdə Mehriban xanım Əliyeva tərəfindən çox böyük işlər görülür. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti və millət vəkili kimi də Mehriban xanımın böyük xidmətləri var. Azərbaycanda çox sayda məktəblərin, müalicə müəssisələrinin, uşaq bağçalarının, məscidlərin inşası və bərpası, tarixi muzeylərin və mədəniyyət abidələrinin qorunması kimi işlərin görülməsində Mehriban Əliyevanın böyük xidmətləri vardır”.

Komitə sədri vurğulayıb ki, Mehriban Əliyevanın böyük humanist addımları da yaddaşlara əbədi həkk edilib:

“Mehriban xanım Milli Məclisin deputatı kimi 4 dəfə amnistiya aktı ilə əlaqədar təşəbbüslə çıxış edib. Bunun nəticəsində isə Azərbaycanda cənab Prezident tərəfindən amnistiya aktı imzalanıb və bu qərarlar 40 mindən çox insana şamil olunub. Bu cür humanist addımlar hər zaman davam etdirilir. Mehriban xanımın diqqət və qayğısı nəticəsində minlərlə insan Heydər Əliyev Fondunun hesabına xarici müalicəyə göndərilib. Ümumiyyətlə, Mehriban xanım Əliyevaya edilən müraciətlərə hər zaman böyük diqqət və qayğı göstərməsi də onun Birinci vitse-prezidentliyə layiq olduğunu göstərən amillərdən biridir. Hesab edirəm ki, Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi çox vaxtında atılan zəruri addımdır. Mən də bu münasibətlə Mehriban xanımı təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzulayıram!”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR