Vyanada ATƏT PA-nın qış sessiyası başlayır
Bizi izləyin

Nida Xəbər

Vyanada ATƏT PA-nın qış sessiyası başlayır

Sessiya 2 gün davam edəcək.

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası başlayır.

Sessiya 2 gün davam edəcək. Sessiyanın ilk günü 3 əsas komitənin birgə iclası olacaq. Sessiyanın ikinci günündə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT baş katibi Lamberto Zanyerin çıxışı nəzərdə tutulub.

İclasda Azərbaycandan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə iştirak edəcək. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm