Nida Xəbər
ABŞ kəşfiyyatı Qarabağ GİZLİNLƏRİNİ ÜZƏ ÇIXARTDI: torpaqların azad olunması...
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab
olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən
toqquşmaları şərh edib.
Publika.az xəbər verir ki, analitik mərkəz Rusiyanın son
zamanlar Dağlıq Qarabağ münaqişəsində əsas arbitr kimi öz
mövqelərini möhkəmləndirdi: “Moskva Azərbaycan və Rusiyada öz
strateji maraqlarının inkişafı üçün Qarabağ münaqişəsindən istifadə
edə bilər. Azərbaycan status-kvonu dəyişmək və danışıqların
yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir. Çünki əraziləri
yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya da bu vəziyyətdən
istifadə edərək, Azərbaycanda öz maraqlarının gücləndirə
bilər”.
Məqalədə Ermənistanın Rusiyadan asılılığına diqqət çəkilir.
“İrəvan böyük addımlar ata bilməz. Bu ölkədə strateji silahların
əksəriyyəti rusların nəzarətindədir. Münaqişə tərəflərinin heç biri
Rusiya ilə anlaşmadan böyük addım atmaq istəmir”, - deyə mərkəz
qeyd edir.
“Stratfor” yazır ki, ötən il baş verən “aprel döyüşləri” zamanı
Rusiya neytral mövqeyi ilə Ermənistanı meydandan tək buraxdı: “Buna
görə də Rusiya-Ermənistan münasibətləri son aylar sınaqdan keçir.
Bununla belə Ermənistanda alternativin yoxluğu İrəvanın başqa
tərəfdaş seçməsi imkanlarını məhdudlaşdırır. Son zamanlar Moskva və
Bakı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənsə də,
Ermənistan bu vəziyyətdə heç nə edə bilmir”.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR