Nida Xəbər
Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “Rayonlar qaytarılacaq”
“Əminəm ki, Dağlıq Qarabağda tərəfləri müharibəyə ABŞ
təhrik edir. Obama dövründə bu istiqamətdə daha aktiv iş
aparılırdı. İndi ABŞ-da administrasiya dəyişdi və vəziyyət tədricən
yaxşılaşacaq. Bu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
nəzərdə tutulan “Lavrov planı” reallaşacaq”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin
ideoloqu hesab olunan məşhur rus millətçisi, Beynəlxalq Avrasiya
Hərəkatının lideri Vladimir Duqin deyib.
Duqin hesab edir ki, münaqişənin həlli üçün “Lavrov planı” ən real
variantdır: “Bu plana əsasən, Qarabağ ətrafındakı rayonlar
Azərbaycana qaytarılır. Bundan sonra vəziyyət sakitləşəcək və biz
sakit dövr mərhələsinə daxil olacağıq”.
Onun sözlərinə görə, bu plana qarşı yalnız Amerika çıxır.
“Əgər Rusiya, Azərbaycan, Ermənistan sülh istiqamətində hərəkət
edəcəklərsə, ən yaxın dövrdə normallaşma olacaq. Lakin mən bir neçə
partlayışın olacağını da istisna etmirəm”, - deyə Duqin
vurğulayıb.
Asif
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?