Nida Xəbər
DİN-in sabiq idarə rəisi azadlığa buraxıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov azadlığa buraxılıb.
"Report"un məlumatına görə, DİN-in sabiq idarə rəisi cəzanın əsas hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov
və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in
həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulub.
2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə
Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan
H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO