Kuznetsov Bakı üçün hərəkətə keçdi: Bizdən dəstək gözləyir
Bizi izləyin

Nida Xəbər

Kuznetsov Bakı üçün hərəkətə keçdi: Bizdən dəstək gözləyir

Yaxın gələcəkdə petisiyadakı imzaların sayı ciddi şəkildə artacaq.

Rusiyanın tanınmış tarixçisi və politoloqu Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanması üçün hazırladığı petisiya haqda Axar.az-a danışıb.

– Xocalı haqqında petisiya yaratmaq ideyası necə yarandı?

– Petisiya yaratmaq ideyası Heydər Əliyev Fondunun uzun müddət öncə keçirdiyi “Xocalıya ədalət” kampaniyası ilə yarandı. Uzun müddət mənim bu təşəbbüsüm sosial şəbəkələrdə öz paylaşımlarım və Azərbaycan mətbuatının dəstəyi ilə davam etdi. Lakin bir neçə həftə öncə mən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və bu komitənin məsləhətçisi Qbnay Əkbərov kimi çox fəal və nüfuzlu silahdaşlar qazandım. Bu insanların köməkliyi ilə petisiyamda nəzərə çarpacaq dərəcədə irəliləmə baş verdi. İdmanda deyildiyi kimi, bu “ikinci nəfəs” möhkəm təşkilati təməl kimi real perspektivlər vəd edir. Hələ ki, bütün kartları açmaq istəmirəm, amma bircə bunu deyə bilərəm ki, yaxın gələcəkdə petisiyadakı imzaların sayı ciddi şəkildə artacaq.

– Petisiya ilə bağlı imzatoplama nə yerdədir? Yeniliklər nədir?

– Əsas yenilik ondan ibarətdir ki, mən dostlarımın məsləhəti ilə auditoriyanı genişləndirmək üçün petisiyasnı Azərbaycan və ingilis dillərinə də çevirdim. Bir faktı qeyd etmək olar ki, bu addım müsbət nəticələr verdi. Məsələ burasındadır ki, bu petisiyada insanlar elektron imzalarını qoyduqları yerin altına öz şərhlərini də əlavə edə bilərlər. Bununla bağlı iki tendensiyanı qeyd etmək istəyirəm: birincisi, şərhlərin sayı dərhal həftə ərzində 380-dən 560-a qədər artdı, ikincisi, şərhlərin əsas hissəsi Azərbaycan və ingilsi dilində yazılır.

Mən dəfələrlə demişəm ki (və öz şəxsi təcrübəmdə dəfələrlə şahidi olmuşam), petisiya kimi, imzatoplama işi təkcə olduqca zəhmətli və çətin iş deyil, həm də insan məntiqinə uymayan bir şeydir. Elə gün olur ki, petisiyaya 20-30 nəfər qoşulur, elə gün olur yüzlərlə, hətta minlərlə. Ona görə də burda istifadə edə biləcəyim ən düzgün cümlə budur – işlər “dəyişən uğurla” davam edir. Amma indiki halda diqqəti sonuncu “uğur” sözünə salmaq lazımdır. Bu yaxınlarda açıqlama vermək istəyirdim ki, 25 aprel tarixində petisiyamız on beş mininci imzasını topladı. Rus dilində yaradılaraq Azərbaycanın maraqlarını müdafiə edən bir imzatoplama kampaniyası üçün bu özü böyük bir rekorddur. Amma, təəssüf ki, yalnız Azərbaycan üçün. Rusiyada səsini eşitdirə bilmək üçün bu qədər səs kifayət deyil.

– Cənab Kuznetsov, petisiyaya kifayət qədər səs topladıqdan sonra soyqırımın tanıdılması ilə bağlı sırf hansı uğurlar əldə etmək olar?

– İmzatoplama kampaniyası öz maraqlarına xidmət edən, qayğı xatirinə görülən bir iş deyil. Bu, çoxsaylı insan qoşulduqdan sonra birbaşa Azərbaycanın maraqlarına xidmət edəcək. Rusiyada bu səsin eşidilməsi üçün imza sayı ən azı 4 milyon olmalıdır. Əslində Xocalı soyqırımının tanınması üçün Rusiya parlamentinə təqdim olunacaq bu imzalar parlament üzvlərinə az da gələ bilər. Çoxlu imza toplayan petisiya Rusiya mətbuatında müzakirələrə çıxarılması, erməni millətçilərinin bu biabırçı cinayət barədə danışması üçün güclü arqumentdir. Bu gün bütün bunları başlatmaq cəhdi belə opponentləri dəmir-beton bir arqumentinə dirənir: “Bəs bu, kimə lazımdır?” Biz heç olmasa bütün dünya ərazisindən dörd milyona qədər imza toplasaq, onlara real bir cavab verə bilərik: “Bu petisiyaya imzalarını qoyub altında şərhlərini yazan konkret insanlara”. Şəxsən mən petisiyaya Rusiyada Xocalı faciəsini gizlədən informasiya divarlarını dağıdacaq taran kimi baxıram.

– Sözügedən petisiyanı hazırladıqdan sonra hər hansı bir təhdidlə üzləşdinizmi?

– Olduqca qəribədir ki, xeyr. Mənim digər təşəbbüslərim Rusiyadakı inzibati və erməni mətbuatında olan informasional təqiblərlə müşayiət olunsa da, bu təşəbbüsüm sükutla qarşılandı. Lakin bu, təəccüblü deyil. Çünki bütün dünya, o cümlədən də ermənilər özləri də gözəl başa düşür ki, Xocalı faciəsi - bəşəriyyətə qarşı törədilən cinayətdir. Lakin bir çox siyasi və ya digər şərtlər imkan vermir ki, bu gün kimi aydın fakt dilə gətirilsin. Buna görə də kənardan durub izləyirlər ki, bu işdə mən boynumu sındıracağam, yoxsa özümə tərəfdarlar qazanaraq minlərlə, milyonlarla insanı bu işə cəlb edəcəyəm. Mənim artıq tərəfdar və silahdaşlarım var. Azərbaycan mətbuatının da köməyi ilə əminəm ki, yaxın gələcəkdə bir çox şeyi dəyişməyə müvəffəq olacağıq. Bütün bunlar ona ümid verir ki, petisiya ötəri bir dalğa kimi ötüşməyəcək, heç olmasa, gündə bir səs toplayaraq öz varlığını qoruyacaq. Hərçənd mən daha böyük perspektivlərdən əminəm.

Petisiyaya BURADAN səs verə bilərsiz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm