Bayram Səfərov: “Hər gün Şuşaya qayıtmaq istəyirik”
Bizi izləyin

Nida Xəbər

Bayram Səfərov: “Hər gün Şuşaya qayıtmaq istəyirik”

Gec-tez işğal altındakı torpaqlar azad olunacaq.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, bir qrup millət vəkili, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanı ziyarət edib.

Publika.az xəbər verir ki, ziyarətçilər şəhidlərin məzarına gül dəstələri düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Ziyarətçilər arasında olan “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan xalqının 25 ildir ki, bu işğala və zülmə dözdüyünü bildirib:

“Gec-tez işğal altındakı torpaqlar azad olunacaq. Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq”.

Daha sonra Bayram Səfərov və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri düşmənlə təmas xəttində yerləşən Cəbrayılın Cocuq Mərcanlı kəndinə yola düşüblər.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri tərəfindən işğal edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm