Nida Xəbər
Putin NATO-nu Ermənistandan vuracaq – Bakıya və Ankaraya tuşlanmış RAKETLƏR
Ermənistan prezidenti Serj Sarkisyanın ötən ay Rusiya
ilə Gümrüdə birgə hərbi sənaye kompleksi yaratmağı müzakirə
etdikləri ilə bağlı açıqlaması ABŞ-da və NATO rəhbərliyində
narahatlığa səbəb olub.
Publika.az xəbər verir ki, “Washington exanimer” nəşri
Kapitoli təpəsində bunun Rusiyanın NATO-ya qarşı növbəti addımı
kimi qəbul edildiyini yazıb: “Vaşinqtonda düşünürlər ki, Rusiya öz
vassalı Ermənistandan NATO-ya qarşı hücumda dayaq nöqtəsi olaraq
istifadə edəcək”.
Məqalənin müəllifi Aleksandr Murinson yazır ki, Ermənistan Cənubi
Qafqazda Rusiyanın əhəmiyyətli hərbi alaqapısı mövqeyində olmasına
baxmayaraq, Konqresin erməni maraqlarını müdafiə edən üzvləri bu
ölkəyə hərbi və maliyyə yardımının edilməsi ilə bağlı səylərini
davam etdirirlər.
“Ermənistanın Rusiya ilə dərinləşən hərbi ittifaqı NATO-ya birbaşa
təhlükədir”, - deyə müəllif qeyd edir.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin keçmiş köməkçisi Adam
Ereli deyir ki, Cənubi Qafqazda Rusiya qoşunlarının mərkəzləşməsi
NATO və Qərb müttəfiqlərini hədələyir.
Onun sözlərinə görə, son yarım il ərzində Rusiya “Tuşlayıcı-2” və
“BLA Taxion” pilotsuz aparatları, “İskəndər-M” raket kompleksləri
və Mi-24 döyüş vertolyotlarını Ermənistan ərazisinə çatdırmağa
başlayıb.
Aleksandr Murinsonun fikrincə, “İskəndər-M” raketləri regionda
balansı əhəmiyyətli dərəcədə dəyişdirir: “Bu raket kompleksi ABŞ-ın
müttəfiqi olan Türkiyəyə, İsrailə və Azərbaycana tuşlanıb”.
Müəllif qeyd edir ki, bütün bu faktlar Ermənistana göstərilən
maliyyə yardımının dayandırılmasını zəruri edir.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR