Əliməmməd Nuriyev: “Bu, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə ziddir”
Bizi izləyin

Nida Xəbər

Əliməmməd Nuriyev: “Bu, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə ziddir”

“Hər hansı bir təşkilatın fəaliyyətində, sənədlərində axtarsaq, xırda hüquqi qüsurlar tapmaq mümkündür. Amma bütövlükdə bu, təşkilatın ləğvi kimi ağır tələblə yekunlaşmamılıdır. Bunun üçün bir çox önləyici prosedurlar var”.

Publika.az xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Rusiya Ədliyyə Nazirliyi tərəfindən mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv ediləcəyi ilə bağlı qərarı şərh edərkən deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etməsi məyusluq yaradan hadisədir: “Bu həm də Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsinə və ruhuna tamamilə zidd yanaşmadır. Qarabağ məsələsində Rusiyadan daha ədalətli mövqe gözləntilərimiz olduğu halda Rusiya Ədliyyə Nazirliyinin belə müraciəti tamamilə anlaşılmazdır. Azərbaycanda çoxsaylı rus icması yaşayır, onların müxtəlif təşkilatları var. Azərbaycan onların fəaliyyəti üçün hər bir şəraiti yaradır. Onlar da öz növbəsində Azərbaycanın inkişafı naminə öz töhfələrini verməkdədirlər. Milli Məclisdə də rus icmasının nümayəndəsi təmsil olunur. Eyni zamanda heç bir MDB ölkələrində olmadığı qədər ölkəmizdə rus dilinin inkişafına diqqət yetirilir, rusdilli məktəblər, o cümlədən Bakı Slavyan Universiteti kimi böyük ali məktəb, o cümlədən digər universitetlərdə rus bölmələri fəaliyyət göstərir. Son illərdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi dəfələrlə artıb. Bütün siyasi proseslərdə, bir çox beynəlxalq təşkilatlarda Azərbaycan Rusiyanın bir çox məsələlərdə mövqeyini dəstəkləyir. Ölkəmizdə Rusiyanın maraqlarına zidd hər hansı hərəkətin həyata keçirilməsinə yol verilməyib, Rusiyanın hər zaman strateji maraqları gözlənilib. Belə olan halda bu cür münasibətin olması başadüşülən deyil”.

Ə.Nuriyev onu da vurğulayıb ki, Azərbaycanlılar həm tarixən, həm də indi Rusiyanın inkişafında çox əhəmiyyətli rol oynayır: “Milyonlarla azərbaycanlı Rusiyada yaşayır. Bu ölkənin vətəndaşlarıdır. Əslində Ümumrusiya Azərbaycanlıları Konqresi azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya prosesinin daha da sürətlənməsinə çalışıb. Əsas fəaliyyəti əlaqələrin dərinləşdirilməsi, humanitar və mədəni aspektə yekunlaşır. Bu fəaliyyət fonunda Rusiya Federasiyasının qanunlarına tam olaraq əməl olunub. Rusiyada yüzlərlə xalq yaşayır və hər kəs öz mədəni əlaqələrini təmin etmək üçün yüzlərlə təşkilat yaradır. ÜAK isə azərbaycanlıların yeganə böyük birləşmiş təşkilatıdır. Çox təəssüf ki, bəzi hallarda Rusiya siyasətinə erməni lobbisi əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Halbuki Rusiyanın orada xalqlarla davranış siyasətinə ermənilərin bu dərəcədə təsir göstərməsi bir sıra problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda rus icmasının təşkilatları ilə yanaşı Rusiya Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Düşünürəm ki, Rusiya prezidentinin Azərbaycanmı strateji dövlət olaraq qəbul etməsi, Azərbaycan prezidenti ilə yüksək səviyyədə əlaqələri imkan verəcək ki, Ali Məhkəmə qərar verərkən həm qanunun aliliyini rəhbər tutaraq ÜAK-ın fəaliyyətini təmin edəcək qərar qəbul etsin. Ədliyyə Nazirliyi bu iddiasını geri götürəcək. Çünki hüquqi prosedurlarla bağlı bütün iradları tamamilə aradan qaldırmışıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm