Ziyafət Əsgərov: “ABŞ-la münasibətlərimiz həmişə yaxşı olub”
Bizi izləyin

Nida Xəbər

Ziyafət Əsgərov: “ABŞ-la münasibətlərimiz həmişə yaxşı olub”

"Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun".

“Bizim ABŞ dövləti ilə münasibətlərimiz hər zaman yaxşı olub. Prezident Donald Trampın dövründə isə bu münasibətlərin daha da inkişaf edəcəyinə inanıram”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, prezident Donald Tramp ABŞ-Ərəb sammitində çox gözəl bəyanat verib:

“Donald Tramp 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Prezidentini və xalqını təbrik edib, Bakıda keçirilən neft-qaz sammiti ilə bağlı məktub ünvanlayıb. Dünənki Neft və Qaz sərgisindəki məktubundan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Əlbəttə biz çox istərdik ki, bu belə də olsun və davam etsin. Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəlib. Hər halda hamı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabər hüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil. Bu artıq nəticə də vermir. Bunu cənab Tramp özü də görür”.

Z.Əsgərov qeyd edib ki, dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır:

“Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O Avropa enerji təhlükəsilziyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm