Nida Xəbər
Beynəlxalq qurum Qarabağda müharibə planını açdı: Naxçıvandan öldürücü ZƏRBƏ və DÜŞMƏNİN SONU
Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağda müharibə
ssenariləri haqda hesabat hazırlayıb.
Publika.az xəbər verir ki, hesabatda diqqət çəkən məqam
müharibənin başlayacağı təqdirdə Naxçıvandan Ermənistana ballistik
raket zərbələrinin vurulmasıdır.
Qrupun ekspertləri hesab edirlər ki, Azərbaycan Ermənistanın
təxribat hücumlarının olacağını düşünür. Çünki “aprel
müharibəsi”ində işğal olunmuş ərazilərin bir qismi azad edilib və
İrəvan rejimi erməni cəmiyyətində etibarını bərpa etmək üçün azad
olunmuş ərazilərin yenidən işğalı planını hazırlayır.
“Hər iki tərəf ballistik raketlərə malikdir və müharibə başlayacağı
halda bundan istifadə edə bilərlər. Xüsusilə Ermənistandan səngər
döyüşlərinə yox, Azərbaycanın şəhər və rayonlarında infrastruktura
zərbə endirə bilər. Təbii ki, Azərbaycanın cavabı da sərt olacaq”,
- deyə hesabatda bildirilir.
Qrupun bu hesabatı Ermənistan ictimaiyyətində qorxulara səbəb olub.
Xüsusilə Naxçıvan faktoru müzakirə edilir.
Erməni siyasi şərhçi Naira Ayrumyan İrəvan hakimiyyətini
Türkiyə-Azərbaycan ittifaqına mane ola bilməməkdə ittiham edir:
“Naxçıvanda Türkiyə hərbiçiləri var və müharibə olacağı halda bu
bölgədən vurulacaq zərbələr Ermənistanın dövlət quruluşunun sonu
ola bilər. Lakin erməni diplomatiyası indiyə qədər
Türkiyə-Azərbaycan əməkdaşlığına mane ola bilməyib, həmçinin, türk
hərbiçilərinin Naxçıvanda fəaliyyət göstərməsinə qarşı heç nə edə
bilmir”.
Erməni şərhçinin fikirlərindən belə anlaşılır ki, İrəvan erməni
diasporu və lobbisinə müraciət etməli, indiyə qədər Qərbdə Ankara
və Bakıya qarşı qaldırılan qondarma ittihamlar gündəmə gətirilməli,
təzyiq edilməli və iki ölkə arasındakı əməkdaşlığa mane
olunmalıdır. Göründüyü kimi, ermənilər xain niyyətlərini heç də
gizlətmək fikrində deyillər.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR