Ermənistanın Naxçıvanla bağlı XAİN PLANI: Daşnaklar işğal üçün HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Nida Xəbər

Ermənistanın Naxçıvanla bağlı XAİN PLANI: Daşnaklar işğal üçün HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən gündəmə gətirib.

Publika.az
xəbər verir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi narahatlığa səbəb olub.

“Daşnaksütyun” partiyası bunun Bakı və Ankranın Ermənistana mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə gətirməsinin vaxtının çatdığını açıqlayıb.

“İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmalıdır”, - deyə iddia edib.

Qeyd edək ki, işğalçı Ermənistan Dağlıq Qarabağla yanaşı, Naxçıvan torpaqlarına da iddia edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm