Türkiyənin Azərbaycandakı səfirliyi mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil etdi - - FOTO
Bizi izləyin

Nida Xəbər

Türkiyənin Azərbaycandakı səfirliyi mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil etdi - - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Publika.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən H. Karadeniz qonaqları Ramazan ayı münasibətilə təbrik edib və oruc tutmağın vacibliyindən danışıb. Eyni zamanda jurnalistlərin həqiqətin çatdırılmasında vacib rolunu da qeyd edib. Müşavir çıxışında Azərbaycan-Türkiyə qardaşlığından da danışıb və jurnalistlərin bu qardaşlığın qoruması zərurliyindən də söz açıb.

Öz növbəsində səfir E. Özoral bundan öncə səfirlikdəki diplomat kimi çalışdığı vaxtları xatırlayaraq, Azərbaycanın xeyli inkişaf etdiyini vurğulayıb: "Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür".

Son illər ərzində jurnalistikanın inkişafından danışan E. Özoral bildirib ki, bu gün Azərbaycanın jurnalistikası müasir texnologiyalardan istifadə edir. "Türkiyə də həmişə Azərbaycana kömək etməyə hazırdır, yetər ki, Azərbaycan bizdən bunu tələb etsin" - deyə o, vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm