Nida Xəbər
Ermənistan Azərbaycan torpaqlarını “İkinci Əfqanıstan”a çevirir - QORXUNC FAKTLAR
“Siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti
ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti
genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi
pullara bel bağlayır”.
Publik.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti işğal etdiyi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən narkotik plantasiyası
olaraq istifadə edir: “Ermənistan tərəfindən işğal edilən Qarabağ
bütün dünya üçün ciddi bir təhlükə bölgəsinə çevrilib. Çünki bu gün
nəzarətsiz olan Qarabağ terror qruplarının təlim düşərgəsi və
ticarət məkanı rolunu oynayır. Qarabağdan bütün dünyaya “ağ ölüm”
təhlükəsinin yayıldığı həqiqəti inkar edilə bilməz. Bütün dünya
yaxın zamanda Ermənistanın narkotik ixracatçısı olduğunu qəbul
edəcək. Ermənistan bölgədə terrorçu, cinayətkar, narkotik və silah
ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərir”.
G.Gülbey Azərbaycan, Türkiyə və İran xüsusi xidmət orqanlarının
apardığı araşdırmalara istinadən qeyd edib ki, narkotik və silah
ticarəti aparan tacirlər ən təhlükəsiz yol olaraq, Ermənistanı və
işğal altındakı Dağlıq Qarabağı seçirlər.
“Narkotrafik Əfqanıstan, İran, Qarabağ, Ermənistan və Rusiyadır.
Birbaşa Ermənistan rəhbərliyi bu narkoticarəti himayə edir.
Azərbaycan bunu dəfələrlə açıqlasa da, beynəlxalq ictimaiyyət heç
bir reaksiya verməyib. Çünki dünyada ikili standartlar əsas rol
oynayır”, - deyə o bildirib.
ASİMDER rəhbəri Dağlıq Qarabağın bu gün bölgədə “ikinci Əfqanıstan”
rolunu oynadığına diqqət çəkib.
“Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ
ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi
liderlərinin və keçmiş prezidenti Robert Koçaryanın da payı var.
Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi
Koçaryana verilir. Bununla yanaşı, İrandan Avropaya daşınan
narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan
aparılır. Sayt qeyd edirdi ki, hazırkı prezident Serj Sarkisyanın
qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya
bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya
daşınır.
Asif
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ