Nida Xəbər
Düşmənin səngər döyüşü SSENARİSİ: Bakıdan İrəvana SƏRT SÖZLƏR - FOTOLAR
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forum öz işinə başlayıb.
Publika.az xəbər verir ki, forumun moderatoru,
BMAM sədri Rufiz Qonaqov Ermənistanın status-kvonu
qorumaq üçün əlindən gələn hər şeyi etdiyini, təmas xəttində
təxribata əl atdığını deyib. Hazırda cəbhə xəttində erməni
təxribatının davam etdiyini diqqətə çatdıran R.Qonaqov Qarabağ
münaqişəsinin regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu
vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi, Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi Fondunun sədr müavini Vüsal
Quliyev bildirib ki, son iki əsrdə erməni millətçilər
tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan”
xülyasını həyata keçirimək üçün xalqımıza qarşı terror və soyqırımı
aktları həyata keçirib: “XX əsrin sonlarında mono-etnik dövlət
yaratmağa nail olan Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
20 faiz torpaqlarımız işğal altına düşüb. İşğal olunmuş ərazilərin
hamısında etnik təmizləmə siyasəti həyata keçirilib, 1 milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və
yaddaşlardan silinməyən səhifəsi olub”.
PA rəsmisi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət
tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
“Azərbaycan dövlətinin əsas siyasi xətti də ərazi bütövlüyümüzün
bərpasıdır. Aprel döyüşlərində Azərbaycan ordusu düşmən üzərində
böyül qələbə qazandı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki,
Ermənistan sülh istəmir. Həmçinin, dövlət başçısı qeyd edib ki,
ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz və Dağlıq Qarabağa
heç vaxt müstəqillik verilməyəcək. Prezident İlham Əliyev bu
fikirləri də ərazi bütövlüyümüzün yaxın dövrdə bərpa olunacağına
böyük ümidlər yaradır”, - deyə V.Quliyev qeyd edib.
Milli Məcisin deputatı, professor Elman Nəsirov
forumda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesi yeni mərhələdə” məruzəsi ilə çıxış edib.
E.Nəsirov bildirib ki, 1988-91-ci illərdə Dağlıq Qarabağ münaqişəsi
beynəlxalq münaqişə deyildi: “SSRİ dağılandan sonra isə beynəlxalq
münaqişəyə çevrildi. Bu gün Qarabağ münaqişəsi dünyada həlli
mürəkkəb olan problemlərdən biridir. Bunun səbəbləri isə regionda
böyük güclərin maraqlarının olmasıdır”.
Millət vəkili hesab edir ki, Qarabağ münaqişəsinin həlli üçün
Ermənistan və Azərbaycan mövqeləri ilə yanaşı, Rusiya, ABŞ, İran,
Türkiyə, ABŞ və Avropa İttifaqı kimi qlobal və regional güclərin
maraqları üst-üstə düşməlidir.
“Bu gün münaqişədə dördün birə nisbəti var. Yəni Ermənistan və
Minsk qrupunun həmsədr ölkələri olan ABŞ-Rusiya-Fransa xristian
ölkələridir, Azərbaycan isə müsəlman ölkəsidir. Burada müsəlman
ölkəsinə qarşı təcavüz var. Paritetin yaranması üçün Türkiyə,
Pakistan, Qazaxıstan kimi müsəlman ölkələr də münaqişənin həlli
prosesinə cəlb edilməlidir”, - deyə o vurğulayıb.
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” məruzəsi
ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
katibi Hikmət Hacıyev hazırda təmas xəttində baş verənlərə
diqqət çəkib və qeyd edib ki, bu, II Dünya müharibəsi ssenarisini
xatırladır: “Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun
təhlükəsizliyinə təhdiddir. Bunun da kökündə Ermənistanın
Azərbaycana təcavüzü dayanır. 1994-cü ildə imzalanan atəşkəs sazişi
işğalın aradan qaldırılmasına zəmin yaratmalı idi. Lakin ötən
müddət ərzində Ermənistan atəşkəs sazişindən, həmçinin, bu müddətdə
qəbul edilmiş sənədlərdən işğalçılıq siyasətini davam etdirmək üçün
sui-istifadə edib. Hazırda təmas xəttində II Dünya müharibəsinin
səngər döyüşünün ssenarisi var. Bu regional təhlükəsizlik üçün
böyük təhdiddir”.
H.Hacızadə qeyd edib ki, danışıqlar prosesinin hazırkı mərhələsində
Ermənistanın strategiyası dəyişməyib.
“Ermənistan danışıqları imitasiya edir və bunun arxasında
gizlənərək, beynəlxalq ictimaiyyəti aldadır. Halbuki, beynəlxalq
ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri
substantiv danışıqların aparılması çağırışı edir. Azərbaycan daim
substantiv danışıqları dəstəkləyib və bu gün də belə danışıqlara
tam hazırdır. Sonuncu dəfə prezidentlərin Sankt-Peterburq görüşündə
substantiv danışqılar aparılıb. Bu görüşdə Qarabağ ətrafındakı
ərazilərin azad edilməsi, qaçqınların geri qayıtması məsələsi əsas
müzakirə mövzusu idi. Lakin Ermənistanın işğal strategiyasının
mahiyyəti dəyişməyib”, - deyə XİN sözçüsü vurğulayıb.
H.Hacıyev həmsədrlərin regiona son səfərinə toxunaraq, Azərbaycan
ictimaiyyətinin haqlı etiraz etdiyini bildirib. Onun sözlərinə
görə, Minsk qrupu ictimaiyyətin bu etirazından nəticə
çıxartmalıdır.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Məmmədov “Ermənistanın işğalçılıq
siyasəti: Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən əsas faktor
kimi” mövzusunda çıxış etdiyi məruzədə münaqişə ətrafında
beynəlxalq aktorların maraqlarından danışıb.
Forumda “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur
Camalqızı xüsusi məruzə ilə çıxış edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Habelə Qarabağ Araşdırmaları Mərkəzinin sədri, professor Elçin
Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi
təcavüzün nəticələri”, Filalogiya elmləri namizədi Rövşən Məmmədov
“Ermənistanın işğalçılıq siyasətinin ifşasında media və sosial
şəbəkələrin fəaliyəti”, Milli Məclis jurnalının baş redaktoru
Ülviyə Abdullayeva “Qafqazın başı üzərində nüvə kabusu: “Metsamor”
Atom Elektrik Stansiyası” mövzularında məruzələrlə çıxış
ediblər.
Bununla yanaşı, forumda Azərbaycanda akreditasiya olunmuş
diplomatik korpusların nümayəndələri, Milli Məclisin deputatları və
siyasi ekspertlər də iştirak edib.
Asif,
Fotolar: Nurlan Gülməmmədov
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”