Nida Xəbər
Naxçıvanda hərbi təlimlər başladı – FOTO
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb.
Publika.az xəbər verir ki, zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.
Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.
Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.
Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri “Strella 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub.
Döyüş atışlı taktiki xüsusi təlimlərinə gedişi bir daha təsdiqləyir ki, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının hava sərhədlərini etibarlı surətdə qoruyur və düşmənin hava hücumunun dəf edilməsinə hər an hazırdır.
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi















.jpg)













.jpg)



