Nida Xəbər
Türkiyədən Azərbaycana DƏSTƏK: “Ermənistandan intiqam alınmalıdır”
“Ermənistanın bu cür təxribat addımları ilk deyil.
Təəssüf ki, işğalçı susdurulmayana qədər son da olmayaca və
təxribatlar davam edəcək”.
Bu barədə Publika.az-a açıqlamasında Ankara
İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru,
beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl erməni hərbi
birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində dinc
sakinlərin həlak olmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan bu cür hücumlarla çox vaxt
daxilindəki problemləri həll etməyə çalışır: “Azərbaycanı təxribata
çəkərək, gündəmi dəyişmək istəyirlər. Bütün bunlar Ermənistanın
təcavüzkar və destruktiv mövqeyindən, həmçinin, sülh danışıqlarına
mane olmaq cəhdlərindən irəli gəlir”.
T.İsmayıl hücumun xarici işlər nazirlərinin görüşü öncəsi
edilməsinin də təsadüfi olmadığını vurğulayıb.
“Bu, onu göstərir ki, İrəvan rejimi Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll olunmaması üçün əlindən gələn problemləri
yaradır. Bu problemləri diqqət mərkəzində saxlayaraq, Azərbaycanla
eyni masa arxasında əyləşib sülh danışıqları aparmağı və ərazilərin
qaytarılması məsələsini təxirə salır”, - deyə o bildirib.
Siyasi ekspert baş verənlərin Qarabağda yeni toqquşmalara səbəb ola
biləcəyini istisna etmir: “Əslində toqquşma dayanmayıb, baş verən
hadisə də toqquşmaların nəticəsidir. Lakin böyük çaplı müharibənin
olacağını demək çətindir. Yəni ola da bilər, olmaya da. Bu məsələdə
konkret nəsə demək mümkün deyil. Amma Azərbaycanın müharibə
qərarını təkbaşına verməsi də çətindir. Çünki bölgədə maraqları
olan böyük dövlətlərin, xüsusilə Rusiya və ABŞ-ın mövqeləri nəzərə
alınmalıdır. Hazırda heç kim bölgədə müharibənin olmasını
arzulamır. Digər tərəfdən, Rusiya Ermənistanla müxtəlif anlaşmalar
imzalayaraq, bu ölkəni tək qoymayacağını göstərir. Baş verə biləcək
müharibədə Rusiyanın hansı mövqedə olacağı məlumdur. Silahlı
toqquşma Rusiyaya sərf etmir, çünki Moskva status-kvonun
saxlanılmasını istəyir. Erməni tərəfi bunu yaxşı bildiyi üçün
Azərbaycana hücumlar edərək, vəziyyəti gərginləşdirir. Son hücumu
da bu kontekstdə qiymətləndirmək olar”, - deyə o bildirib.
Lakin T.İsmayıl qeyd edib ki, Azərbaycan həlak olan vətəndaşlarının
qanını yerdə qoymamalıdır: “Azərbaycan qətiyyətlə bildirməlidir ki,
öldürülən hər bir vətəndaşının intiqamını alacaq. Bununla yanaşı,
məsələni dünya ictimaiyyətinin qarşısında gündəmə gətirərək sərt
tələblərlə çıxış etməlidir. Ərazilər işğaldadır, işğalçı ortadadır,
lakin münaqişədə heç bir irəliləyiş yoxdur. Bu münaqişə hər zaman
Azərbaycanın bir dövlət kimi rahat addımlamasına mane olacaq”.
Asif
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ