Özbəkistan rəsmisi: “Azərbaycan Qafqaz regionundan kənarda da böyük nüfuz qazanıb”
Bizi izləyin

Nida Xəbər

Özbəkistan rəsmisi: “Azərbaycan Qafqaz regionundan kənarda da böyük nüfuz qazanıb”

“Özbəkistanın Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndiririk”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabinetiyanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Spiker iki ölkə arasında münasibətlərin dərinləşməsinə parlamentlərin öz töhfələrini verə biləcəyini deyib. Milli Məclisdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi deyən O. Əsədov hər iki ölkə deputatlarının nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşdüyünü, maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin ümumi işinə xeyir gətirəcəyini vurğulayıb.

Spikerin sözlərinə görə, bu səfər iki ölkə arasında ikitərəfli münasibətlərin, o cümlədən dini sahədə əlaqələrin daha da inkişaf etməsinə öz dəyərli töhfəsini verəcək. Azərbaycanda İslam dəyərlərinin qorunmasına və təbliğinə böyük önəm verildiyini deyən O. Əsədov qeyd edib ki, 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması və IV İslam həmrəyliyi oyunlarının müvəffəqiyyətlə keçirilməsi təsadüfi deyil.

A. Yusupov isə bildirib ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi dost və qardaş xalqların ümumi mənafelərinə xidmət edir. Azərbaycanda İslami dəyərlərə olan dərin hörmət və ehtiramı yüksək qiymətləndirən A. Yusupovun sözlərinə görə, müstəqil Azərbaycan təkcə Qafqaz regionunda deyil, onun hüdudlarından kənarda da özünə böyük nüfuz qazanıb. O, ölkəsinin həyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm