Bir həftə sonra həyata keçiriləcək Qarabağ PLANI - Ordumuz TƏTİKDƏ
Bizi izləyin

Nida Xəbər

Bir həftə sonra həyata keçiriləcək Qarabağ PLANI - Ordumuz TƏTİKDƏ

19-29 iyul tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma “DQR” rejiminin “parlamenti” “prezident” seçəcək.

Publika.az
xəbər verir ki, bu ilin 20 fevral tarixində separatçı rejimin keçirdiyi “referendumun” nəticələrinə görə, “parlament” “DQR”-də keçid dövrünün “prezidentini” seçməlidir. Bu keçid dövrü 2020-ci ilə qədər nəzərdə tutulur.

Ermənistan mediası “yeni prezidentin” də Bako Saakyan olacağını yazır. Qondarma rejimin “yeni konstitusiyası” Saakyana hakimiyyəti 2020-ci ilə qədər əlində saxlamaq imkanı verir. Lakin onun hakimiyyətini 2030-cu ilə qədər davam etdirəcəyi də deyilir.

Bütün bunlar isə Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın planlarıdır. Sarkisyan gələn il prezident səlahiyyətlərini təhvil verəcək, lakin onun ölkəyə nəzarəti əlində saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının rəhbəri olacağı deyilir. İşğal olunmuş Dağlıq Qarabağda qondarma rejimin möhkəmlənməsinə hesablanmış addımlar isə ümumilikdə “Qarabağ klanı”nın Qarabağ kartından istifadə edərək, Ermənistanda hökmranlığı davam etdirməsi planının əsas hissəsidir. Burada həm də Ermənistanın işğalçı rejiminin Azərbaycan torpaqlarını 2030-cu ilə qədər işğalda saxlamaq niyyəti də açıq görünür. Lakin Azərbaycan buna imkan verəcəkmi? Yaranmış situasiya və Azərbaycan Ordusunun zərbələri işğalçıların arzularının baş tutmayacağına əminlik yaradır. Digər tərəfdən, iyulun 19-29-da Ermənistanın Qarabağda oynadığı oyunlardan diqqəti yayındırmaq üçün cəbhədə yeni təxribatlara əl ata biləcəyi istisna deyil. İndiyə qədərki təcrübə də bunu deməyə əsas verir. Lakin hər-hansı təxribat olarsa, bu, Azərbaycan Ordusunun hərəkətə keçəcəyi deməkdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm