Nida Xəbər
Putin Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edir
Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq.
Bu barədə Rusiya XİN-dəki mənbə “İzvestiya” qəzetinə bildirib.
“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”-mənbə bildirib.
Rusiya XİN-dəki mənbə qeyd edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. “Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”-mənbə deyib.
Xəbər verildiyi kimi bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sarkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib. “Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik”-Sarkisyan bildirib.
Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan plan təklif etdiyi haqda məlumatlar yayılmışdı. (virtualaz.org)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi