Nida Xəbər
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir: "Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Eyni zamanda dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Diqqətli olun, belə hallara yol vermək olmaz. Sonra deyilməsin ki, "bizim mentalitetimiz budur, gəlin aparırıq, yaxud gənclər ailə qurur, olar". Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır".
V.Əsədov həmçinin bəy-gəlin avtomobilini müşayiət edən sürücülərə yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tutmamaları barədə xəbərdarlıq edib: "Sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür".
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”