Nida Xəbər
Bakı Qarabağ üçün yeni PLAN HAZIRLAYIR - Ərdoğan və Putinlə görüşün SİRRİ
“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha
sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirdi. Bu görüşlərin
əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni
qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də
məhz bu məsələdə müzakirə olundu”.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi şərhçi İvan
Cakayev deyib.
İ.Cakayevin ehtimallarına görə, Azərbaycan Prezidenti İlham
Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar
planlaşdırır.
“Buna görə də böyük dövlətlərin dəstəyini təmin etməyə çalışır.
Hadisələrin xronologiyasına diqqət edək. İyulun 4-də erməni hərbi
birləşmələri Füzulinin Alxanlı kəndinə hücum etdi və iki yaşlı
qızla onun nənəsi həlak oldu. Bu faciə Azərbaycanı ayağa qaldırdı,
həmçinin, dünyaya xatırlatdı ki, münaqişə dondurulmayıb. Bu
hadisədən sonra Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə
oldu. Orada ABŞ dövlət katibi Reks Tillersonla görüşdü.
Danışıqların əsas mövzusu Ermənistanın təxribatları idi.
Tillersonla görüşdən dərhal sonra İlham Əliyev Ərdoğanla görüşdü və
onunla da Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Ən sonda isə
Soçidə Putinlə eyni mövzunu müzakirə etdi. Fərziyyələr var ki,
Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarın qəbul edilməsinə
hazırlıq gedir”, - deyə rusiyalı şərhçi diqqətə çatdırıb.
Asif
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM