Azərbaycan snayperlərindən UĞURLU NƏTİCƏ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan snayperlərindən UĞURLU NƏTİCƏ

Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı, Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm