Nida Xəbər
Yavər Camalovun oğlu dəfn olundu - (YENİLƏNDİ)
Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub
Mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər.
Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək. (azvision.az)
***
Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.
Qafqazinfo.az nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R. Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.
44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.
***
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalova ağır itki üz verib.
Müdafiə Sənayesi Nazirliyindən "Report"a verilən məlumata görə, Yavər Camalovun oğlu Rövşən Camalov bir neçə saat bundan əvvəl Türkiyədəki xəstəxanalardan birində dünyasını dəyişib.
Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Mərhumun cənazəsi Bakıya sabah gətiriləcək. R. Camalovun nə vaxt dəfn ediləcəyi məlum deyil.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO