Nida Xəbər
Müdafiə naziri “TurAz Qartalı - 2017” təlimlərinin açılışında - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər.
Publika.az xəbər verir ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb. Nazir çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək keçirilən təlimlərin əhəmiyyətini vacib hesab edib. Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayaraq bu təlimlərin hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib.
Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan
səfir E.Özoral qürur hissi keçirdiyini bildirərək son illərdə bunun
artıq ənənə halını almasını xüsusi qeyd edib. Səfir təlimlərin
başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə
keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb
edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin
uçuşu və istifadəsi barədə məlumat verilib.
Müdafiə naziri, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.
Təlimlərin açılış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının geniş konsert proqramı ilə sona çatıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR