Nida Xəbər
Milli Şura mitinq keçirdi - YENİLƏNDİ
Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Publika.az-ın xəbərinə görə, aksiyada Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər.
Aksiya insidentsiz başa çatıb.
***
Mitinqdə diqqət çəkən məqamlardan biri qaldırılan
bayraqlardır.
Publika.az xəbər verir ki, iştirakçılar Azərbaycan bayrağı
və AXCP-nin bayrağı ilə yanaşı Avropa İttifaqının da bayrağını
qaldırıb. Bu isə mitinqin Avropadan sifariş verildiyinə dair
iddiaları gündəmə gətirir.
Hazırda AXCP sədri Əli Kərimli çıxış edir. Mitinq Milli Şuranın
olsa da, ilk sözün Cəmil Həsənliyə yox, Əli Kərimliyə verilməsi də
maraqlıdır.
Əli Kərimli çıxışında iqtidarı tənqid edib, yolumuzun Avropa
olduğundan danışıb.
***
Milli Şuranın rəhbərliyi mitinqin başlanmasından 25
dəqiqə sonra stadiona gəliblər.
Publika.az xəbər verir ki, hazırda tribunada AXCP sədri Əli Kərimli
və Milli Şuranın sədri Cəmil Həsənli dayanıb.
Lakin çıxışlar hələ də başlamayıb. Tribunadakılar kənarda dayanan
insanları stadiona dəvət edir. Bu çağırışa dəstək verən
iştirakçılar isə “meydana gəl” deyə qışqırırlar.
***
Mitinqdə Türkiyədə məşhur olan “Diriliş Ertuğrul”
serialının musiqisi səsləndirilir.
Publika.az xəbər verir ki, bu musiqi Türkiyə prezidenti Rəcəb
Tayyip Ərdoğanın seçki kampaniyasının musiqisi olub.
İştirakçılar bu musiqinin səsaları altında “Əli bəy” şüarlarını
səsləndirir.
***
Milli Şuranın “Məhsul” stadionunda mitinqi başlayıb.
Publika.az xəbər verir ki, Milli Şuranın rəhbərliyi
hələlik stadiona gəlməyib.
Azsaylı insanın toplaşdığı stadionunda mahnı səsləndirilir.
Hələlik iştirakçılar bayrağı harada dalğalandırmaq və stadionda
necə yerləşməklə bağlı mübahisə edir.
-
Region13:45
Ermənistanın bu hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev