Aqil Abbasdan Qərb mediasına SƏRT ETİRAZ
Bizi izləyin

Nida Xəbər

Aqil Abbasdan Qərb mediasına SƏRT ETİRAZ

“Qərb ölkələri illərdir çaılışıb-vuruşurlar ki, Azərbaycan xalqının min illik əxlaqi dəyərlərini, mentalitetini dağıtsınlar, amma buna nail ola bilməyəcəklər”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas Qərb mediasının Azərbaycanda cinsi azlıqların sıxışdırılması ilə bağlı iddialarına cavab olaraq söyləyib.

O bildirib ki, Azərbaycanda cinsi azlıqlar heç vaxt təqiblərə məruz qalmayıblar. Buna görə də bu tip yazılar birmənalı olaraq qərəzlidir və təxribatdır:

“Azərbaycan demokratik dövlət olduğu üçün, burada kiməsə qarşı təzyiq yoxdu. Qərb mediasının belə materiallar yazmasının səbəbi bizə təzyiq etməkdən başqa bir şey deyil. Daxili İşlər Nazirliyi ötən həftə bir qrup belə insanı saxlayıb. Niyə saxlayıb? Çünki onlar birbaşa təhlükəli xəstəliklərin daşıyıcılarıdır. Müalicə olunmalıdırlar".

Xatırladaq ki, polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif (“AİDS”, “HİV”, “sifilis”, “kəskin uretrit, candida albikas və trixomonias”, “Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm