Nida Xəbər
Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ÇIXDI - Düşmən ordusu DARDA
Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu posta təyin
olunmasından ötən bir il ərzində görülən işlərlə bağlı hesabat
verib.
Publika.az xəbər verir ki, V.Sarkisyan Ermənistan
ordusunda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial
problemlərinin həll edildiyini iddia edib. Lakin Ermənistan
ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir.
Erməni jurnalist Tevos Arşakyan isə Ermənistan ordusunun acınacaqlı
vəziyyətini qələmə alıb.
Erməni jurnalist yazır ki, onun qohumları Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçir.
Qeyd edək ki, təkcə Arşakyanın bu sözləri İrəvan rejiminin
Qarabağda erməni hərbi qulluqçularının xidmət etmədiyi haqda
yalanını bir daha ifşa edir.
Arşakyan deyir ki, ordudakı problemlər gizlədilir: “Əgər mən
Ermənistanda yaşamasaydım və qohumlarım Qarabağda hərbi xidmət
keçməsəydilər, Viqen Sarkisyanın dediklərinə ürəkdən inanardım.
Lakin erməni hərbi qulluqçuları boğaza qədər sosial problemlərin
içindədir. Sarkisyan rejimi isə cinayətkarcasına bunu gizlədir.
Müdafiə naziri də bu rejimin bir üzvü kimi oyunu qaydalarına uyğun
oynayaraq, ictimaiyyəti aldadır. Nazir iddia edir ki, onun
rəhbərliyi dövründə hərbi qulluqçuların sağlamlığına vurulmuş
ziyanın kompensasiyası üçün fond yaradılıb. Halbuki, həmin fondun
maliyyələşməsi üçün vətəndaşlardan hər ay 1000 dram məcburi alınır.
Əgər vətəndaş bu fondu özü təmin edirsə, onda hökumət və dövlət
büdcəsi nə üçün lazımdır? Bununla yanaşı, fond yalnız 2017-ci ilin
28 yanvarından sonra yaralananlara kömək edir. Halbuki, bu tarixə
qədər minlərlə, bəlkə də daha çox hərbi qulluqçu zərər görüb.
Reallıqda bu fondun yaradılması və fəaliyyəti şübhəlidir”.
T.Arşakyan Qarabağda xidmət edən zabit tanışından öyrəndiklərini də
açıqlayıb.
“Qarabağda hərbi hissələrin birində xidmət edən zabit tanışım
danışır ki, hərbi qulluqçuların sosial problemləri əvvəlki nazirin
dövründə olduğu kimi yenə də ağırdır. Qidalanma məsələsi dəhşətli
dərəcədə neqativdir. Polkovniklər və generallar əsgərin ərzaq
payını və paltarını oğurlamağa davam edirlər. Yeganə fərq odur ki,
əvvəl bunu açıq-aşkar oğurlayırdılar, indi isə gizli şəkildə
edirlər. Əsgərlərin çoxu qeyri-döyüş şəraitində tələf olur. Bunun
əsas səbəbi də komandirlərin qeyri-qanuni münasibəti və
özbaşınalıqdır”, - deyə erməni jurnalist zabit tanışının
dediklərini qeyd edir.
Arşakyan əlavə edir ki, Ermənistanda əsgər anaları əvvəlki kimi
yenə də etiraz akisiyaları keçirir: “Sadəcə olaraq, indi
yuxarıların əmri ilə KİV bu etirazları işıqlandırmır. Sarkisyan
rejimi ordudakı neqativləri hərbi sirr kimi “Məxfi” qrifi ilə
gizlədir. Lakin nə qədər gizlətsələr də “məxfilik” onlara kömək
etmir. Əsgər ölümləri, hərbi qulluqçuların sosial problemləri və
ordudakı oğurluq göz qabağındadır”.
Asif
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan