
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk
vətəndaşlara xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Türkiyə XİN vətəndaşlarının bu
səfərini qanunazidd adlandırıb.
“29 sentyabr 2017-ci il tarixli bəyanatda da bildirildiyi kimi,
Türkiyə Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün 25 ildir
azərbaycanlı qardaşları ilə birgə hərəkət edir. Bu baxımdan, işğal
altında olan Azərbaycan bölgələrinə Azərbaycanın rəsmi icazəsi
olmadan səfər edilməsi beynəlxalq hüquqa və Azərbaycan qanunlarına
ziddir. Həmçinin, işğal altındakı bölgələrə gedən vətəndaşlarımıza
lazım olduğu təqdirdə konsulluq mühafizəsinin təmin edilməsinin
mümkün olmadığı üçün bu bölgələrə səyahət etmək təhlükəlidir”, -
deyə Türkiyə XİN-in bəyanatında bildirilir.
Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət
vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu
və Erol Katırcıoğlu Azərbaycanın Ermənistan tərəfindən işğal
edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Türkiyə
vətəndaşları Qarabağda Ankara və Bakıya qarşı siyasi ittihamlar da
səsləndirib.
Asif