Nida Xəbər
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI (FOTOFAKT)
Şimali İraqda referendum keçirən Məsud Bərzani Qərbə
sığınaraq, Türkiyəni ittiham edir. Halbuki, vaxtilə Bərzani
aşirətini (tayfa) ingilislərin əlindən türklər xilas etmişdi.
Publika.az xəbər verir ki, Türkiyənin Baş qərargah
arxivindəki 1932-ci ilə aid arxiv sənədləri 85 il sonra gün üzünə
çıxıb.
I Dünya müharibəsindən sonra neftlə zəngin olan İraq ingilislərin
əlində qaldı. Bərzani tayfası isə bölgədə ingilislərə qarşı vuruşan
cəbhədə yer aldı. Tayfa 1931-ci ildə Böyük Zap Suyu çayının dağ
sahilini 1700 peşmərgə ilə ələ keçirdi. İraqda ingilislər buna görə
Bərzani qardaşlarına təzyiq etməyə başladı. Nəticədə Bərzani
tayfasının liderləri olan Şeyx Əhməd, Molla Mustafa və Mehmet
Sıddık qardaşları 1932-ci ildə İraqı tərk etmək məcburiyyətində
qaldılar.
İngilislərin hücumundan qaçan Bərzani tayfası 1932-ci ilin 22
iyunda Türkiyəyə sığındı. Tayfa əlindəki silahları təhvil verərək
Yüksəkovada yerləşdi. Türkiyəyə sığınan Bərzanilər 168 kişi, 156
qadın, 135 qız və 171 oğlan uşağı olmaqla 630 nəfər idi. Həmin
vaxtdan başlayaraq, indiyə kimi Türkiyə Bərzanilərə dəstəyini
əsirgəməyib. Bölgədə kürd xalqının rifahı üçün atılan addımlarda da
həmişə Şimali İraq Kürd Muxtariyyətinin yanında olub. Lakin bütün
bunlara baxmayaraq, bu gün Məsud Bərzani Qərblə birləşib bölgəni
parçalamaq ssenarisində baş rolda oynayır. Bu ssenaridə Türkiyənin
cənub sərhədlərində “terror dəhlizi”nin yaradılması da yer
alır.
Asif
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?