Nida Xəbər
Ali Baş Komandan tapşırıqlar verib - General

Ermənilər cəbhədə növbəti dəfə təxribatlar törətməyə cəhd etsələr, bu, heç bir nəticə verməyəck.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib.
“Ümumiyyətlə, cəbhə xəttində yaranmış vəziyyətgərginləşəndə bütün qoşun növlərində sayıqlığın gücləndirməsi üçün qərar qəbul edilir. Bu qərar ermənilərə qarşı daha çevik manevr imkanlarına hazırlıq məqsədi daşıyır. Görünür, Ermənistan Dağlıq Qarabağ məsələsini təznimlənməsi üzrə danışıqlar prosesində sülhdən boyun qaçırdığına görə, Ali Baş Komandan müvafiq tapşırıqlar verib. Çünki ermənilər hər an təxribatlar törədə bilər. Onlar ancaq təxribatlarla məşğul olsalar da,indiyə qədər heç bir nəticəyə nail ola biməyiblər”, - general bildirib.
Qeyd edək ki, bu gün Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal alınması ilə əlaqədar bütün kateqoriyalardan olan komandir və rəis heyətinəmüvafiq tapşırıqlarverib.

-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO
-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər