Bakıya gəlmək istəyən məşhur erməni aktyorun qızı yaşındakı ARVADI QAÇDI - VİDEO
Bizi izləyin

Nida Xəbər

Bakıya gəlmək istəyən məşhur erməni aktyorun qızı yaşındakı ARVADI QAÇDI - VİDEO

Moskvada yaşayan məşhur erməni aktyor Armen Ciqarxanyanın arvadı qaçıb.

Publika.az
xəbər verir ki, erməni aktyor arvadı Vitalina Tsımbalyuk-Romanovskayanı onu öldürməkdə və mal-mülkini oğurlamaqda ittiham edir.

Arvadından boşanmaq istəyən erməni aktyorun ailədaxili qalmaqalı ər-arvadın işlədiyi teatra da sirayət edib.

“Vesti.ru”nun məlumatına görə, Ciqarxanyan bu qalmaqaldan sonra direktoru olduğu teatrdan istefa verib.

Arvadı Romanovskaya isə teatrın arxa qapısından qaçıb. Hazırda erməni aktyorun bütün var-dövləti arvadının əlindədir. Özü isə evsiz qalıb.

Qeyd edək ki, Ciqarxanyan Dağlıq Qarabağ münaqişəsinə qarşı çıxan ermənilərdəndir. O, bir müddət öncə verdiyi müsahibədə Azərbaycanı sevdiyini və “bu gün Bakıdan dəvət etsələr, dərhal gedərəm” deyə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm