Ermənistanda tələbələr AYAĞA QALXDI - Hərbi xidmətə etiraz
Bizi izləyin

Nida Xəbər

Ermənistanda tələbələr AYAĞA QALXDI - Hərbi xidmətə etiraz

Ermənistan parlamenti Müdafiə Nazirliyinin təşəbbüsü ilə “Müdafiə” haqda qanun layihəsini qəbul edib.

Publika.az
xəbər verir ki, yeni qanunla Ermənistanda tələbələrə orduda xidmətdən möhlət hüququ verilmir. Beləliklə, hərbi xidmət yaşı çatmış təhsil alan şəxslər əsgər aparılacaq.

“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, tələbələr bu qanuna etiraz olaraq parlament binasının önündə aksiya keçiriblər.

Tələbələr xidmətdən yayınmadıqlarını, lakin elmlə məşğul olmaq hüququnun pozulmasına etiraz etdiklərini bildiriblər.

“Biz bilirik ki, orduya gedənlər qayıdandan sonra oxumaq istəmirlər”, - deyə tələbələr söyləyib.

Etirazçılar Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş tələb ediblər. Onlar “orduda elmlə məşğul olmaq üçün bütün şərait yaradılacaq” vədlərinin yalan olduğunu düşünürlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm