BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı bəyanat yaydı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqlə bağlı bəyanat yayıb.

İdarədən Publika.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm