Nida Xəbər
“Azərbaycan bizdən üstündür” - Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında”
qanun Ermənistanda emiqrasiyanı gücləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara
Papyan deyib.
Onun sözlərinə görə, insanlar onsuz da 18 yaşa çatmış övladlarını
orduda xidmət etməməsi üçün ölkədən çıxarırlar: “Bu qanunun
qəbulundan sonra emiqrasiyanın tempi yüksələcək”.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Viqen Sarisyanın təşəbbüsü
ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna
dəyişikliklər edilib. Yeni qanuna görə, təhsilini davam etdirmək
istəyən tələbələrə orduda xidmət möhləti hüququ ləğv olunub. Yalnız
tələbə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə ona
möhlət hüququ verilə bilər. Lakin möhlət hüququ almış tələbə
təhsilini başa vurandan sonra 3 il hərbi xidmət keçməlidir. Bu
qanun qəbul ediləndən sonra tələbələr İrəvan küçələrində etiraz
aksiyaları keçirtdi, amma onların etirazı nəticəyə təsir
göstərmədi. Erməni ekspertlər hesab edirlər ki, möhlət hüququnun
ləğvi orduda çağırışçılarla bağlı problemi aradan qaldırmaq və
əsgər çatışmazlığını ört-basdır etməyə hesablanıb.
A.Papyan qeyd edib ki, bu qanun ədaləti tam bərpa etməyəcək.
“Onsuz da müxtəlif yollarla hərbi xidmətdən yayınanlar yenə olacaq.
Fikrimcə, hərbi xidmət keçməyən insanların vəzifə tuta bilməcəyəi
haqda qanun hazırlanmalıdır”, - deyə o bildirib.
Papyan Azərbaycanın üstünlüyünü də xüsusi vurğulayıb: “Problem
ondadır ki, bu gün texnologiya inkişaf edir, lakin biz ordunu
insanlar hesabına möhkəmləndirmək istəyirik. Ən əhəmiyyətli itki
insan itkisidir. Bu məsələdə Azərbaycan olduqca üstündür, çünki
orada əsas ağırlıq texnologiyaya verilir. Digər tərəfdən,
Ermənistan ordusunda ədalət anlayışı yoxa çıxır. Bu da əsas
amillərdəndir”.
Asif
-
Hadisə14:26
Bakıda qazanxanada partlayış: xəsarət alan var
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...