Nida Xəbər
“Dünya bunu Azərbaycandan öyrənir” - - FOTOLAR
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkilatçılığı ilə “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Salahlı Azərbaaycanda dini tolerantlığın dünya üçün örnək olduğunu deyib:
“Ölkəmizdə yəhudi və xristian dinini yaradanların karikaturasının çəkilməsinə rast gəlməmişik. Təəssüf ki, Paris və Danimarkada Məhəmməd Peyğəmbərin şəklini karikaturasını çəkirlər. Sonra da buna etiraz edənlərin münasibətini vəhşilik kimi təqdim edirlər. Başqalarının dinini təhqir etməkmi, yoxsa dini təhqir edildiyinə görə buna etiraz edənlərin, hisslərini cilovlaya bilməyənlərin münasibətidirmi vəhşilik? Təbii ki, birinci hal. Bütün dinlərin nümayəndələri Azərbaycanda müstəqil şəkildə yaşayır və fəaliyyət göstərirlər.
Azərbaycanda yaşayan xalqlara dini, irqi və digər fərqlər qoyulmur. Dövlətimizin din siyasətində bütün dinlərə bərabər münasibət göstərilir. Bu gün dünyanın 20-dan çox ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Dünya hazırda bu məsələləri Azərbaycandan öyrənir”.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin məruzəsi dinlənilib.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimik Baksa, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri iştirak edib.
Gülxar
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?