Nida Xəbər
Atəşkəs pozuldu - 122 dəfə
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan
rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm,
Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi
kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı,
Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl
rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin
Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
-
Kriminal19:12
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - VİDEO
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür
-
Hadisə16:40
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
-
Region15:48
Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev
-
Kriminal15:24
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu qədər cəza verildi
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək