Nida Xəbər
Ermənistanın Qarabağdakı ordusu haqda İKİ DƏHŞƏTLİ SİRR AÇILDI - İrəvan QARIŞDI
Ermənistan hakimiyyəti “Qraparak” qəzetinə hücum
edib.
Publika.az xəbər verir ki, buna səbəb qəzetin “Ordu-millət
və qorxaqlar” adı ilə yayımladığı müsahibədir.
Hakimiyyət nümayəndələri qəzetdən müsahibəni verən anonim hərbi
qulluqçunun adının açıqlanmasını tələb edir. Lakin redaksiya
rəhbərliyi təhlükəsizlik baxımından müsahibin adını açıqlamaqdan
boyun qaçırıb.
“Qraparak”a danışan hərbi qulluqçu Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi bölmələrinin
birində xidmət edir.
Adı açıqlanmayan hərbi qulluqçu ordudakı kütləvi rüşvət və
əsgərlərə məxsus ərzağın qara bazarda satılması hallarından
danışıb. O, Ermənistan ordusu haqda iki sirri açıqlayıb.
Birinci sirr: Əsgərlər Ermənistanın hərbi
komissarlığına çağırılır və tanınmayan “DQR”ə xidmət etməyə
göndərilir. Azərbaycan dəfələrlə bu faktı gündəmə gətirsə də,
Ermənistan Qarabağdakı işğalçı ordunu “özünümüdafiə gücləri” olaraq
təqdim edir. “Qraparak” məqaləsi isə hər şeyi sübut edir.
İkinci sirr: Bu, Ermənistan ordusunda oğurluqdur.
Əsgərlərə keyfiyyətsiz ərzaq verilir. Hərbi qulluqçular öz
valideynlərindən corab, diş pastası, alt paltarı və məişətdə
istifadə olunan digər ləvazimatları göndərməyi xahiş edirlər.
Anonim hərbi qulluqçu qeyd edib ki, ailələrin göndərdiyi bağlamanı
almaq istəyən əsgərlərin hər biri bu işə nəzarət edən zabitə 1000
dram pul ödəməlidir. Əks təqdirdə bağlama əsgərə verilmir.
Bu müsahibədən sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi
“Qraparak” qəzetinin redaksiyasına baş çəkiblər. Hərbi polislər
məsələ ilə bağlı cinayət işi açmaq üçün anonim hərbi qulluqçunun
kimliyini öyrənmək istədiklərini bildiriblər. Lakin qəzetin
rəhbərliyi təhlükəsizliyə görə bundan imtina boyun qaçırıb və
bildirib ki, “əgər həqiqətən problemlə görə məsuliyyət daşıyanları
cəzalandırmaq istəyirsinizsə, o zaman, müsahibədə deyilənlər üzrə
hərəkət edin”.
Hərbi polis qəzet rəhbərliyinə deyib ki, müsahibəni verən hərbi
qulluqçunun adı açıqlanmasa, o zaman, “Qraparak” yalan informasiya
verməkdə ittiham olunacaq. Bütün bu təzyiqlərə baxmayaraq, qəzet
rəhbərliyi mənbənin adını açıqlamayıb.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu