Ziyafət Əsgərov: “Zahid Orucun qaldırdığı məsələlərin əksəriyyəti...”
Bizi izləyin

Nida Xəbər

Ziyafət Əsgərov: “Zahid Orucun qaldırdığı məsələlərin əksəriyyəti...”

“Müzakirələr zamanı bir neçə prinsipial məsələ qaldırıldı. Mən bu suallara cavab vermək istərdim. Bir daha deyim ki, bu qanun hazırlanarkən Konstitusiya, Hərbi Doktirina və Milli Təhlükəsizlik Konsepsiyası əsas götürülüb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” qanunun müzakirəsi zamanı deputatların suallarına cavab verən Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Komitə sədri deyib ki, Qüdrət Həsənquliyev əsasən iki məsələni qaldırıb:

“Öncə qeyd edim ki, qiyama qarşı müqavimət göstərmək hər bir vətəndaşın hüququdur. Hərbi qulluqçuların isə vəzifə borcudur. İkinci məsələ kimi Silahlı Qüvvələrə nəzarət, daha doğrusu maliyyə nəzarəti məsələsini qaldırdı. Qeyd edim ki, qanunun 8.3 maddəsində göstərilir ki, Silahlı Qüvvələrə ayrılan vəsait və ona nəzarət “Dövlət büdcəsi haqqında qanun” və digər normativ hüququ aktlar əsasında həyata keçirilir.

Vahid Əhmədov isə haqlı və məntiqi olaraq hərbi obyektlərlə bağlı məsələ qaldırdı. Buna cavab olaraq deyim ki, Özəlləşdirmə haqqında qanunun 9-cu maddəsinə əsasən hərbi obyektlərin özəlləşdirilməsi qadağandır.

Hörmətli Zahid Orucun qaldırdığı məsələləri isə komitədə müzakirə etmişik və onların əksəriyyəti bu qanunun preqmentinə aid deyil. Mən qeyd edim ki, bu çərçivə qanunudur.

Burada məsələ qaldırıldı ki, hərbi birləşmələr deyiləndə nə nəzərdə tutulur? Qeyd edim ki,müvafiq icra orqanı, prezidentin xüsusi fərmanı ilə bu siyahı açıqlanacaq. Əslində söhbətin nədən getdiyini hamı bilir. Söhbət Sərhəd Qoşunlarından, Milli Qvardiyadan, Daxili Qoşunlardan, Fövqəladə Hallar Nazirliyinin mülki qoşunlarından və digərlərindən gedir. Bunlar dövlətin nəzarətində olan qoşunlardır və ayrılıqda hərbi birləşmələrdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm