Nida Xəbər
Gələn il Qarabağda Bakının xeyrinə dəyişəcək MÜHÜM MƏQAM - İrəvanın Nazarbayev qorxusu
2018-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) sədrliyi Qazaxıstan edəcək.
Publika.az xəbər verir ki, Qazaxıstana sədr postu KTMT-nin
noyabrın 30-da Minskdə keçirilən iclasında təqdim olunub.
Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan
prezidentlərinin iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər
müzakirə olunub. Xüsusi diqqət çəkən məqam Dağlıq Qarabağla bağlı
qətnamənin qəbul edilməsidir. Qətnamədə təşkilatın ATƏT-in Minsk
qrupunun fəaliyyətini dəstəklədiyi və münaqişənin Helsinki Yekun
Aktının üç əsas prinsipinə - ərazi bütövlüyü, öz müqəddəratını
təyin etmə və güc tətbiq etməmə əsasənında həll edilməsinin
vacibliyi qeyd olunur.
Ermənistanda bu qətnamə KTMT-nin İrəvana münasibəti istiqamətində
irəliləyiş hesab olunur. Çünki Ermənistan təşkilatın üzvü olsa da,
KTMT-da təmsil olunan Qzaxıstan, Belarus kimi ölkələr Dağlıq
Qarabağ məsələsində prinsipial olaraq Azərbaycanı dəstəkləyir.
Lakin işğalçı ölkəni narahat edən digər məqam Qazaxıstanın 2018-ci
ildə KTMT-yə rəhbərlik edəcəyidir. Bu türk dövləti bütün prinsipial
məsələlərdə Bakı ilə birgə hərəkət edir, xüsusilə Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi
tələbini irəli sürür.
İrəvanda hesab edirlər ki, Qazaxıstan 2018-ci ildə KTMT-nin
Azərbaycana dəstəyini artıracaq. Həmçinin, Dağlıq Qarabağda baş
verə biləcək toqquşmada “aprel müharibəsi”ndə olduğu kimi
təşkilatın Ermənistana dəstək verməsinin qarşısını alacaq.
Erməni şərhçi Aram Amatuni yazır ki, Minsk sammiti olduqca
ziddiyyətli keçdi: “Bir tərəfdən Dağlıq Qarabağla bağlı qətnamə
qəbul olundu, lakin digər tərəfdən, KTMT üzvlərinin kağız üzərində
Ermənistanla müttəfiq olmasına baxmayaraq, reallıqda Bakını
dəstəkləməsi unudulmamalıdır. Təcrübə KTMT-nin Ermənistana ən vacib
məqamda dəstək verməyəcəyini deməyə əsas verir. Xüsusilə 2018-ci
ildə Qazaxıstanın təşkilata rəhbərlik edəcəyi bizim üçün
arzuolunmaz vəziyyət yarada bilər”.
Erməni şərhçi narahatlıqla vurğulayır ki, gələn il Qarabağda
müharibə başlayarsa, KTMT Ermənistana yox, Azərbaycana dəstək
verəcək.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti
ilə olduqca yaxındır və bütün platformalarda Bakının maraqlarını
müdafiə edir. Bu, Ermənistan üçün təhlükə siqnalıdır”, - deyə o
bildirib.
Qeyd edək ki, Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqı və
KTMT-də Ermənistanın Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsinin
daim qarşısını alıb və həmişə Azərbaycanın maraqlarını müdafiə
edib. Bu baxımdan, 2018-ci ildə Qazaxıstanın KTMT-yə rəhbərliyi
dövründə Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Bunu anlayan
işğalçı ölkə ciddi şəkildə narahatdır.
Asif
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO