Nida Xəbər
Elçin Mirzəbəyli: "Bu, Azərbaycan üçün tarixi hadisədir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Prezident onu da qeyd edib ki, il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçiriləcək.
Tanınmış siyasi analitik Elçin Mirzəbəyli Publika.az-a bildirdi ki, bu Azərbaycan üçün tarixi bir hadisədir:
“2018-ci ilin “Azərbaycanın Xalq Cümhuriyyəti İli” elan edilməsi həqiqətən də önəmli addımdır. Bu tarixi qərar Azərbaycanın, öz tarixinə nə dərəcədə diqqət ayırdığının, öz milli dövlətçilik ənənələlərinə sayğı duyduğunun və öz keçmişi ilə qürurlanmasının nümunəsidir. Bu, eyni zamanda, Azərbaycan Cümhuriyyətinin qurucularının xatirəsinə verilən dəyərdir. Hesab edirəm ki, bu addım Azərbaycanın və Azərbaycanın dövlətçilik ənənələrinin bütün dünyaya göstərilən nümunəsidir. Biz bütün dünyaya bəyan etdik ki, Azərbaycanın suverenliyi, müstəqilliyi və dövlətçiliyi qırılmazdır, davamlıdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bu qərarı dünya ölkələrinə bir mesajdır ki, hər kəs Azərbaycanın öz Cümhuriyyət tarixinə olan münasibətinin nə dərcədə yüksəkdə olduğunu bilsin".
Könül Cəfərli
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı