Ramil Usubov: “İnterpol vasitəsi ilə axtarışa verilən 39 nəfərin yeri məlum olub”
Bizi izləyin

Nida Xəbər

Ramil Usubov: “İnterpol vasitəsi ilə axtarışa verilən 39 nəfərin yeri məlum olub”

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub.

Publika.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Onun sözlərinə görə, bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm